Əzizbəyovda qəza oldu

ezizbeyovda-qeza-oldu
Oxunma sayı: 665

Heydər Əliyev prospektində qeydə alınmış hadisə zamanı iki minik maşını toqquşub. Əliyev Azad Şamil oğlunun şəhərdən Əzizbəyov dairəsi istiqamətində idarə etdiyi “Hyundai” markalı avtomobil eyni istiqamətdə Əliyev Səftər Mahmud oğluna məxsus “VAZ 2107” markalı avtomobilə çırpılıb. Nəticədə “Hyundai”nin sürücüsü Azad Əliyev və onunla birlikdə olan azyaşlı xəsarət alıb. Yaralılar yaxınlıqda olan 3 saylı şəhər kliniki xəstəxasına çatdırılıb.

Qeyd edək ki, qəzada “Jiquli”nin sürücü də müəyyən xəsarətlər alaraq 1 saylı xəstəxanaya aparılıb. “Jiquli”nin sürücüsü Səftər Əliyevin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Şahidlərin bildirdiyinə görə, “Hyundai” markalı avtomaşında olan dörd nəfər bir ailənin üzvü olub.

Qəza barədə məlumat verən Nizami rayon Polis İdarəsinin əməkdaşları dəqiq təfərrüatların aparılan araşdırmalardan sonra müəyyən ediləcəyini bildirdilər. İlkin ehtimala görə, “Hyundai” öz yolunda yüksək sürətlə hərəkət edibmiş.

Qeyd edək ki, “VAZ 2107” markalı avtomobil qəza baş verən zaman hərəkətsiz olub. Buna səbəb isə avtomobildə yaranmış texniki nasazlıq imiş. Sürücü həmin nasazlığı aradan qaldırmaq üçün avtomobilini yolun kənarında saxlayıb. Bununla belə, polis öz araşdırmalarını davam etdirir.