Fabreqas “Monako”da

fabreqas-monakoda
Oxunma sayı: 855

“Çelsi”nin ispan futbolçusu Sesk Fabreqas “Monako”ya transfer olub.

“Qafqazinfo” xəbər verir ki, 31 yaşlı futbolçu 3,5 illik müqavilə imzalayıb.

İngiltərə mətbuatının yazdığına görə, “Monako”nun bu transfer qarşılığında “Çelsi”yə təzminat ödəməyəcək.

Qeyd edək ki, karyerası ərzində “Arsenal” və “Barselona” formaları da geyinən yarımmüdafiəçi son 4 mövsümü “Çelsi”də keçirib. O, ümumilikdə 656 oyunda 123 qol vurub, 202 məhsuldar ötürmə edib.