“FaceApp”dan istifadə edənlərin məlumatları oğurlanır

faceappdan-istifade-edenlerin-melumatlari-ogurlanir
Oxunma sayı: 2878

Son günlərdə ən çox istifadə olunan proqramlardan biri də “FaceApp”dır.

“Qafqazinfo”xəbər verir ki, siravi insanlarla yanaşı, bir sıra məşhurlar da sözügedən proqramdan istifadə edərək özlərini "qocaldırlar".

Amma iş bununla bitmir. Xarici KİV-lərin yaydığı məlumata görə, bu proqramdan istifadə edənlərin şəxsi məlumatları oğurlanır.

Məsələ burasındadır ki, gələcəkdə şirfə insanın üzü olacaq. Hətta hazırda bəzi telefonlarda, şirkətlərdə bu təhlükəsizlik sistemindən istifadə edilir. Belə olan halda sözügedən proqram istifadəçilərin təhlükəsizliyi təhdid edə bilər.

Bildirilir ki, bu proqram insanların gənc və “yaşlanmış” fotolarını sistemə daxil edir və bəlli yerlərə göndərilir. Çin hökuməti hətta 50 min insanın iştirak etdiyi konsertdə bu sistem sayəsində cinayətkarı yaxalamağı bacarıb.

Bu sahə üzrə mütəxəssis olan Brian Braskenn bildirir ki, sistem pis məqsədlər üçün istifadə olunur.