“Facebook” ismarışlarınızı oxuyur?

facebook-ismarislarinizi-oxuyur
Oxunma sayı: 1315

“Facebook” əməkdaşlarının açıqlaması şirkətin nüfuzunu korlaya bilər.

“Qafqazinfo” “technote”yə istinadən xəbər verir ki, şirkətin əməkdaşlarından bəziləri müəyyən vaxtlarda istifadəçilərin ismarışlarını oxuduqlarını etiraf ediblər.

Belə ki, “Messenger” tətbiqi və ya veb vasitəsilə göndərilən bütün ismarışlar bot vasitəsilə skan olunur. Həmin bot ismarışların daxilindəki məlumatları sosial şəbəkənin qaydalarına uyğun olub- olmadığını yoxlayır və bundan sonra həmin ismarışların göndərilməsinə icazə verir.

Bot hansısa ismarışın təhlükə mənbəyi olduğunu sezərsə həmin onu avtomatik olaraq “Facebook” moderatorlarına yönləndirir. İsmarışın sonrakı aqibətinə onlar qərar verirlər.

“Biz bunu sosial şəbəkədə və ya Messenger-də yolerilməz davranışların qarşısını almaq üçün edirik” – deyə “Facebook” əməkdaşlarından biri qeyd edib.

Bununla yanaşı “Messenger” tərtibatçıları qeyd edirlər ki, çatlarda olan insanlar arasındakı söhbətlər tamamilə konfidensial olaraq qalır və onlardan heç bir zaman reklam məqsədli istifadə olunmur. Buna baxmayaraq qeyd etmək lazımdır ki, “Messenger” digər platformalar kimi ismarışları şifrələmir. Beləliklə bu hal “Messenger”i daha az güvənli edir. Bir çox insanlar üçün “Facebook”un böyük kütləsinə görə ondan imtina etmək çətin gəlir. Lakin bu cür etiraflardan sonra bu sosial şəbəkədən qaçmaq arzusu yaranır.