“Facebook” istifadəçiləri üçün milyardlar xərcləyəcək

facebook-istifadecileri-ucun-milyardlar-xercleyecek
Oxunma sayı: 888


“Qafqazinfo” ictnews-a istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Mark Sukerberqə istinadən “Reuters” agentliyi məlumat verib. 

“Bizim üçün dünyada bütün insanları internet şəbəkəsinə qoşmaq böyük əhəmiyyət kəsb edir. Buna görə “Facebook”a növbəti onilliklərdə milyardlara dollar sərf etmək tələb olunsa belə, hesab edirəm ki, uzunmüddətli perspektivdə bu, bizim və bütün dünya üçün müsbət addım olacaq”, - M.Sukerberq Meksika milyarderi Karlos Slim tərəfindən təşkil olunan tədbirdə bəyan edib.

 2013-cü ilin avqustunda şirkətin baş direktoru məqsədi dünyada beş milyard insanın qoşulması (söhbət əsasən yoxsul Afrika ölkələrinin əhalisindən gedir) olan “Internet.org” fondunu işə salıb. Layihə çərçivəsində “Facebook” tərəfdaşların köməyi ilə elektron məlumatların ötürülməsinin səmərəliliyini artırmağı və internetə qoşulma haqqını 100 dəfə azaltmağı planlaşdırır. 

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) proqnozuna görə, 2014-cü ilin sonunadək dünyada təxminən üç milyard insan internetə çıxış imkanı əldə edəcək. Hazırda “Facebook” sosial şəbəkəsindən hər ay 1,3 milyarddan çox insan istifadə edir.

Oxşar təşəbbüslə “Google” şirkəti də çıxış edib. Belə ki, internet şirkəti atmosfer peyklərinin və internetə dünyanın ucqar region sakinlərini qoşmağa imkan verən digər pilotsuz uçan aparatların inkişafına bir milyard dollar məbləğində investisiya yatırmaq niyyətindədir.