“Facebook” stressə səbəb olur

facebook-stresse-sebeb-olur
Oxunma sayı: 1032

Avstraliyalı psixoloqlar bir neçə insan üzərində araşdırma aparıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalar sosial şəbəkələrdən, xüsusilə “Facebook”dan uzaq olan insanlar daha az stress keçirdiyini və sağlam həyat tərzi sürdüyünü göstərib.

Eksperimentdə 18-40 yaş arası olan 138 insan iştirak edib. Onlara bir neçə sual verilib və bununla onların sosial şəbəkələrdə aktivlikləri yoxlanılıb. Eyni zamanda onların hissiyyatları və stressə dözümlülük dərəcələri öyrənilib.

Mütəxəssislər həmin şəxslərə 5 gün ərzində "Facebook"a girməyi qadağan ediblər. Digər iştirakçılar isə eyni rejimdə "Facebook"a daxil olmaqda davam ediblər.

Nəticələrə əsasən, “Facebook”dan istifadə etməyənlərdə stress azalıb. İstifadəyə davam edən insanlarda isə stress eyni olaraq qalıb. Bu səbəbdən mütəxəssislər sosial şəbəkələrdən istifadəni azaltmağı məsləhət görürlər.