“Facebook”da 1,3 milyard saxta hesab silinib

facebookda-13-milyard-saxta-hesab-silinib
Oxunma sayı: 1148

“Facebook” sosial şəbəkəsi 2017-ci ilin oktyabr ayından 2018-ci ilin mart ayına qədər 1,27 milyard saxta hesabı silib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda şirkətin əməliyyat direktoru Şeril Sandberq deyib.

Onun sözlərinə görə, istifadəçi hesablarının moderasiyası həm əl, həm də süni intellekt, kompüter təlimi və xüsusi alqoritmlərdən istifadə nəticəsində həyata keçirilir.

“Facebook”un sosial şəbəkədə qaydalara nəzarət edən heyəti 2 dəfə artaraq 20 min nəfərə yaxınlaşıb. Onlar 24 saat ərzində 50-dən çox dildə mesajlara nəzarət edirlər.

“Facebook” saxta xəbərlərin yayılması və ictimai rəyin təhrifi üçün istifadə edilən saxta hesablarla mübarizədə öz səylərini artırıb. Bundan başqa, xidmət spamla aktiv mübarizə aparır. Məsələn, 2018-ci ilin yanvar-mart aylarında sosial şəbəkədən təxminən 836 milyon reklam nəşri silinib.

Qeyd edək ki, hazırda bu sosial şəbəkədən aylıq 2,25 milyard, günlük isə 1,49 milyard nəfər aktiv istifadə edir.