Facebookda bir-birlərini tapan bacılar

facebookda-bir-birlerini-tapan-bacilar
Oxunma sayı: 639

Hər şey yoldaşlarının Fransada moda tələbəsi olan Anais Bordierə “Youtube”da bir videofayl göndərməsi ilə başlayıb.

Yoldaşları Anais Bordierə videodakı amerikalı aktrisa Samanta Futermanın ona əkizi qədər bənzədiyini bildiriblər.

Samanta Futermanın “Facebook”dakı məlumatlarına baxan Anais Bordier, ikisinin də Cənubi Koreyanın eyni şəhərində, eyni tarixdə doğulduğunu görüb. Bunun ardınca Anais Bordierin Fransadan, Futermanın isə ABŞ-dan olan ailə tərəfindən doğulduqları gün övladlığa götürüldüyü ortaya çıxıb.

Bir-birlərinin uşaqlıq fotoşəkillərini paylaşan əkizlər inanılmaz bənzərlik qarşısında şoka düşmüşlər. Onların ilk görüşləri isə “skype”da olub.