Facebookda daha bir yenilik

facebookda-daha-bir-yenilik
Oxunma sayı: 1448


Bildirilir ki, bu günə qədər dünyasını dəyişmiş şəbəkə istifadəçilərinin səhifələrini elə redaktə etmək mümkün idi ki, onu ancaq rəhmətə gedən insanın yaxınları görə bilsin. Bundan sonra isə belə insanların profili onların sağlığında istifadə etdikləri kimi saxlanılacaq. "Biz insanların seçiminə hörmətlə yanaşırıq və onların səhifələrini həm yaxınları, həm də digər şəbəkə istifadəçiləri üçün əlçatan edirik" - deyə şirkət nümayəndəsi bildirib. 

Bundan əlavə, Facebook, mərhum şəxsin xatirəsini əbədiləşdirmək üçün "A Look Back" ("Geriyə baxış") adlı xüsusi videorolik hazırlamaq niyyətindədir. Bunun üçün dünyasını dəyişmiş insanların yaxınları sosial şəbəkə rəhbərliyinə xüsusi sorğu gönndərməlidir.