“Facebook”da ləqəb- - Yeniliyi

facebookda-leqeb-
Oxunma sayı: 1139


Tətbiqin ideyası ondan ibarətdir ki, istifadəçilər bu və ya digər çat müəllifinin verdiyi müəyyən mövzu üzrə məzmunla mübadilə etsinlər.

“Qafqazinfo”nun  ICTnews-a istinadən məlumatına görə, Rooms məhsulu üzrə menecer Coşa Miller bildirib ki, 1990-cı illərdə populyar olmuş forum və çatlar tətbiqinin hazırlanmasına stimul verib.

Ləqəblərdən istifadə Rooms mobil proqramının əsas özəlliyidir. İstifadəçi Rooms tətbiqində bir neçə müzakirədə iştirak edirsə, hər bir otaqda ayrıca ləqəb seçə bilər.

Rooms mobil proqramı bu gündən ABŞ, Böyük Britaniya və başqa ingilisdilli ölkələrdə əlçatandır. Ancaq hələ ki tətbiqin yalnız iOS platforması üçün versiyası buraxılıb, ona görə yalnız iPhone sahibləri bu proqramdan istifadə edə biləcəklər.