Facebookda üsyan çağırışına 4 il həbs

facebookda-usyan-cagirisina-4-il-hebs
Oxunma sayı: 636

Bu gənclərin həbsi İngiltərə Baş naziri David Cameronun internetə savaş açması və "cinayət törətmək üçün yaşın çatırsa, cəza çəkmək üçün də yetir" sözlərindən sonra baş verib.

“Qafqazinfo” “Guardian” qəzetinə istinadən əldə etdiyi məlumata görə, Nortviç əyalətində yaşayan Cordan Blackshav ilə Perri Satcliffe-Keenana internetdə üsyana çağırış ittihamı ilə 4 il həbs cəzası verilib.

Məhkəmə sübut olaraq, Facebookda "Nortviç Tounu darmadağın edək" adlı çağırışına Cordan Blackshavın şərh olaraq "yaşananları dörd bir tərəfə yayaq" cümləsini yazması göstərib.

Perri Satcliffe-Keenan isə Facebook istifadəçilərini avqustun 10-da üsyana dəvət etməklə günahlandırılıb.

“Guardian”ın məhkəmənin bu qərarını qeyri-hökumət təşkilatlarının tənqid etdiyini də yazıb.

İngiltərədə ötən həftə zənci immiqrantın polis tərəfindən öldürülməsindən sonra Tottenhamdaki mühacirlər ayağa qalxmışdı. Yoxsulluq və ayrı-seçkiliyə qarşı üsyana çevrilən hadisələr, sürətlə digər şəhərlərə də yayılmışdı. Baş verən hadisələrlə əlaqədar təxminən 1300 nəfər məhkəmə qarşısına çıxarılıb. Bunlardan 700-ü həbsdə saxlanılır.