“Facebook”da yeni reklam növü tətbiq olunacaq

facebookda-yeni-reklam-novu-tetbiq-olunacaq
Oxunma sayı: 634

“Facebook” sosial şəbəkəsində axın şəklində videonun translyasiyası zamanı görünən yeni reklam növü tətbiq olunacaq.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu barədə şirkətin nümayəndələri məlumat veriblər.

Statistikaya görə, istifadəçilərin 70 faizi reklam çarxlarına 15 saniyə, videolara isə sona kimi baxırlar. Bu məqsədlə “Facebook”da reklamlarda videolar tətbiq olunacaq. Beləliklə, sosial şəbəkədə reklamın səmərəliliyi artırılacaq.