“Facebook”dan uşaqlar üçün xüsusi proqram

facebookdan-usaqlar-ucun-xususi-proqram
Oxunma sayı: 1153

“Facebook” sosial şəbəkəsinin komandası “Messenger Kids” adlı yeni mobil proqramını təqdim edib. Yeni messencer 13 yaşadək uşaqlar üçün nəzərdə tutulub.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “Messenger Kids” uşaqlara öz dostları və ailəsi ilə təhlükəsiz mesajlaşmağa imkan verəcək.

Hazırda “Messenger Kids” yalnız ABŞ-da önbaxış şəklində və yalnız “iOS” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular üçün əlçatandır. Cari ayın sonunda “Android” sistemi üçün versiyanın çıxarılması planlaşdırılıb.

Sözügedən yeni mobil proqrama “Facebook” hesabı vasitəsilə valideynlər tərəfindən tamamilə nəzarət mümkündür. Valideynlər uşaq üçün messencerdə hesab yarada, kontakt siyahısına nəzarət edə və zərurət olduqda onu təmizləyə bilərlər.

Messencer uşaq stikerləri, GIF şəkillər, emodzilər, çərçivə və başqa məzmun təklif edir. Qrup videozəngləri dəstəklənir, bu halda interaktiv maskalardan istifadə etmək olar. Mesajlaşmaq üçün telefon nömrəsi və mobil rabitə tələb olunmur, “Wi-Fi” qoşulma kifayətdir.