“Facebook”dan yenilik - Evlənəcəyiniz adamı tapacaqsız

facebookdan-yenilik
Oxunma sayı: 1572

 “Facebook” bundan sonra fəaliyyətini dəyişir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra ailə qurmaq istədiyiniz şəxsi “Facebook”dan tapa biləcəksiniz. İstifadəçilər mövcud profillərlə əlaqəli olan, sevgi münasibəti qura biləcəkləri başqa bir profil də aça biləcəklər. Bu profili istifadəçinin dostları görməyəcək.

Daha sonra “Facebook” alqoritmi uyğun namizədləri seçmək üçün istifadəçilərin siyahısını göndərəcək. Sosial şəbəkənin qurucusu Mark Zükerberq bu xidmətin də pulsuz olacağını, şəxsi məlumatların isə tamamilə gizli saxlanılacağını deyib:

“Bu özəllik sayəsində müvəqqəti deyil, əsl və uzunömürlü münasibətlər qurulacaq”. 


Nuranə