“Facebook”un 30 milyon istifadəçisinin məlumatları oğurlandı

facebookun-30-milyon-istifadecisinin-melumatlari-ogurlandi
Oxunma sayı: 1603

“Facebook” növbəti dəfə kiberhucuma məruz qaldığını açıqlayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, şirkət 30 milyon istifadəçisinin telefon və elektron poçt məlumatlarının oğurlandığını bildirib.

Hakerlər 14 milyon istifadəçinin isə harada yaşaması, münasibətləri və inancları ilə bağlı məlumatları ələ keçirib.

Məlumata görə, “Facebook” şirkətinə aid “Messenger”, “Instagram”, “WhatsApp”, “Oculus” sosial şəbəkələri haker hücumuna məruz qalmayıb.

“Facebook”dan məlumatları oğurlanan 30 milyon izləyicisinə bununla bağlı yaxın günlərdə mesaj yollayacaqları elan edilib.