“Facebook”un sahibi siyasi təşkilat yaradır

facebookun-sahibi-siyasi-teskilat-yaradir
Oxunma sayı: 647

M.Zukerberq ona maraqlı gələn ictimai layihələri maliyyələşdirmək üçün öz sərvətindən əvvəllər də istifadə etmişdi. Məsələn, Nyuark şəhərinin məktəblərinə 100 milyon dollar ianə vermiş, Silikon Vadisində səhiyyənin və təhsilin maliyyələşdirilməsinə daha 500 milyon dollar yatıracağını elan etmişdi. O, 2013-cü ilin fevralında Nyu-Cersi ştatının qubernatorunun siyasi fondlarına vəsait yığılması üzrə tədbirdə iştirak etmişdi.

Hazırda M.Zukerberqin sərvəti 9,5 milyard dollar civarında qiymətləndirilir. /Azərtac/