“Facebook”un yeni messenceri 100 milyona çatdı

facebookun-yeni-messenceri-100-milyona-catdi
Oxunma sayı: 1043

Məhdud funksionallığa malik orijinal “Facebook Messenger”in yüngül versiyası olan “Facebook Messenger Lite” mobil proqramı “Google Play” mağazasından 100 milyon dəfədən çox yüklənilib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2016-cı ilin payızında istifadəyə verilmiş mobil proqram 2017-ci ilin avqustunda artıq 50 milyon dəfə yüklənilmişdi. Beləliklə, növbəti 50 milyon yüklənmə üçün təxminən 4 ay vaxt lazım olub.

“Facebook Messenger Lite” mobil proqramı köhnə “Android” sistemli telefonlar və zəif sürətli mobil şəbəkələrə qoşulma zamanı nəzərdə tutulub.

İlk öncə mobil proqram inkişaf etməkdə olan bazarlar üçün nəzərdə tutulmuşdu, ancaq müəyyən müddətdən sonra ABŞ, Kanada və Böyük Britaniya kimi inkişaf etmiş ölkələrdə də əlçatan olub.

Hazırda “Facebook Messenger” istifadəçilərinin sayı 1 milyardı ötür. “Facebook Messenger” 2011-ci ildə istifadəyə verilib.