Faciələrimiz niyə dərs olmur?

facielerimiz-niye-ders-olmur
Oxunma sayı: 646

Ölkənin əsas hissəsi ilə Naxçıvanın daha etibarlı əlaqəsini hələ də hava nəqliyyatı təşkil etməkdədir. Ancaq, Muxtar Respublikaının xüsusi coğrafi mövqeyi və düşdüyü vəziyyətin ciddiliyi qənaətimcə,kifayət qədər dərk edilmir. Naxçıvanı bu mənada respublikanın digər şəhərləri ilə eyniləşdirmək və qiymət tariflərini məsafə amilinə görə müəyyən etmək doğru deyil. Ərazinin starateji əhəımiyyəti diqqətdən kənarda saxlanılıb.Hazırda, Bakıdan Naxçıvana təyyarə biletlərinin qiyməti adambaşına 50 manat,6 yaşdan yuxarı uşaqlar üçün isə 40 (qəribə güzəşt) manat təşkil edir. Düzdür, bu rəqəm bir müddət bundan əvvəl daha yüksək idi və bir qədəraşağı salınıb. Lakin Muxtar Respublika əhalisinin bəzi kateqoriyalarını çıxmaq şərtilə bu məbləğ burada yaşayan insanların əsas hissəsinin gəlir səviyyələri ilə heç də adekvat deyil. Nəzərə alsaq ki, xeyir, xüsusilə də gözlənilməz şər mərasimləri üçün ailənin bir neçə üzvü hava nəqliyyatından o tərəf-bu tərəfə istifadə etmək məcburiyyətində qalmalı olur,onda bu rəqəmin ailə büdcəsi üçünkifayət qədər ciddi yük olması mübahisəsizdir. Bununla əlaqədar olaraq, Böyük Quruluş Partiyası bir neçə dəfə aidiyyatı qurumlara müraciət edərək, təyyarə biletləriinin qiymətini, lazim gələrsə, lap dotasiyanın tədbiqindən istifadə etməklə aşağı salmağı təklif edib. Ona görə də hesab edirəm ki, bir neçə amili:

Ölkənin əsas hisəsindən ayrı düşməsini,
Üç tərəfədən düşmən ölkə tərəfindən blokada vəziyyətinə salınmasını,
Ermənistanla müharibə şəraitinin davam etməsini,
İran ərazisindən istifadə edilən quru yolun etibarlı olmamağını və qarşı tərəfdə insanların incidilməsini,
Azərbaycanın artan iqtisadi imkanlarını nəzərə alaraq,

regionla etibarlı komnikasiya əlaqələri bərpa olunanadək, Naxçıvana hava nəqliyyatı vasitəsilə sərnişindaşımada qiymətləri hamının rahatllıqla istifadə edə biləcəyi şəkildə aşağı salmaq məqsədəuyğundur. Düşmən ölkə Dağlıq Qarabağ məsələsinin həllində müzakirəyə yaxın buraxmadığı rayonlar Kəlbəcər və Laçındır. Çünki məhz həmin rayonlar vasitəsilə Dağlıq Qarabağ Ermənistanla birləşir. Biz isə, hər an düşmən təcavüzü ilə qarşı-qarşıya qala biləcək bölgə ilə əlaqələrin qurulmasında hansısa iqtisadi səmərə axtarır və yaxud müəyyən məmurun məhdud korporativ maraqlarmövqeyindən çıxış etməsinə şərait yaradırıq. Yaxın tariximizədən miras qalan acı dərslərdən görünür biz hələ də ibrət dərsləri çıxarmamışıq. Neçə-neçə rayonlarımız bu biganəlik və laqeydliyin qurbanına çevrilmədimi? Mənə belə gəlir ki, muxtar respublika iləölkənin əsas hissəsiarasında əlaqələrin sıxlaşdırılması və bunun üçün hər cür rahatlığın yaradılması sosial problemin həllindən əvvəl, ən başlıcası ölkənin müdafiə və starteji mahiyyət kəsb edən məsələsi kimi qəbul olunmalıdır. Belə hədəflər üçün isə iqtisadi mənfəət hər zaman arxa plana keçirlməlidir.

Əjdər Əliyev