Fahişəxana klubun sponsoru oldu

fahisexana-klubun-sponsoru-oldu
Oxunma sayı: 642

Almaniyanın hokkey Bundesliqasının ikinci divizionunda çıxış edən “Lanshutt Hanibalları” klubunun sponsoru fahişəxana olub. “Qafqazinfo”nun ANS PRESS-ə istinadən verdiyi məlumata görə, klub şəhər bordeli ilə sponsorluq haqqında müqavilə imzalayıb.

Bundan sonra klubun oyunçuları üzərində fahişəxananın adı olan “Lustra” yazılı geyimlə buz meydançasına çıxacaqlar. Bununla yanaşı onların geyindiyi formanın üzərində qadın dodağını xatırladan şəkil və “Dünya necə də seksual olarmış” yazı olacaq. Bu hələ harasıdır: formanın üzərində olan şəklin arxa planında əlində qadın alt paltarı tutan qız silueti də əks olunacaq.

Hokkey klubunun nümayəndəsi bildirib ki, fahişəxana düzgün biznes aparır və vaxtında vergilərini ödəyir: “Orada işləyən qadınları bu işə heç kəs vadar etmir. Bu səbəbdən klubun sponsorunun imici bizi heç də qorxutmur”.