Fahriye Burakın yalanını ortaya çıxardı - Dalaşdılar

fahriye-burakin-yalanini-ortaya-cixardi
Oxunma sayı: 3724

Türkiyənin iki məşhur ulduzu – Fahriye Evcen və Burak Özçivit arasında qalmaqal yaşanıb. “Qafqazinfo” xəbər verir ki, bir ildir ki, evli olan cütlük mübahisə edib. Onlar arasında yaşanan gərginliyinin daha da artmasının səbəbi də məlum olub. 

İddia olunur ki, Burak “GQ” jurnalının mükafat gecəsinə tək gedib. O, jurnalistlərə Fahriyenin işi olduğu üçün gecəyə qatılmadığını söyləyib. 

Həmin dəqiqələrdə aktrisa instaqramda foto paylaşıb. Həmin şəkildə Fahriye evdə oturaraq televizora baxdığı əks olunub. 

Daha əvvəldə mübahisə edən cütlük  bu fotoya görə yenə dalaşıb.  Evcen həmin görüntünü səhifəsindən silib.