Faiq Ağayev “Dostlar” qrupu ilə təqdimat keçirdi

faiq-agayev-dostlar-qrupu-ile-teqdimat-kecirdi
Oxunma sayı: 3287


“Qafqazinfo”nun məlumatına görə, qrup sözləri Elvin Musayevə, musiqisi Əhməd Mustafayevə məxsus olun “Yandım hər gecə” adlı mahnıya çəkilmiş klipi şou-biznes və media nümayəndələrinə təqdim edib. Mərasimdə eyni zamanda Faiq Ağayevlə qrupun ifa etdiyi “Biri varmış, biri yox” dueti də təqdim olunub. 

Klip haqda təəssüratlarını bölüşən xalq artisti Faiq Ağayev qrupun klipini çox bəyəndiyini bildirib: “Gənc, istedadlı ifaçılara daim dəstək olmaq lazımdır. “Dostlar” qrupu ilə “ATV”də yayımlanan “Qrup nömrə 1” yarışmasında tanış olduq. Çox istedadlı uşaqlardır. Onlara dəstək olacağımı bildirmişdim. Sözümü tutdum. İşbirliyimiz davam edəcək. Qrup üzvləri mənim üçün mahnı yazıb, onu da tezliklə tamaşaçılara təqdim edəcəm. “Dostlar” qrupunun “Yandım hər gecə” mahnısına çəkilən klipini bəyəndim, ümid edirəm tamaşaçılar da bəyənəcək”. 

Təqdimata şou-biznesin tanınmış simaları Namiq Qaraçuxurlu, Nura Suri, Günay İbrahimli, Əbdül Xalid, Humay Qədimova, Yaşar Yusub, prodüser Təranə Səmədova qatılıb.