Faiq Ağayev məmur oğlunun toyundan qovulub

faiq-agayev-memur-oglunun-toyundan-qovulub
Oxunma sayı: 6322


Virtualaz.org saytının əməkdaşı hadisənin bilavasitə şahidi olub.

Toy mərasimi “JW Marriott Absheron” otelində keçirilir. Virtualaz.org-un müxbiri bildirir ki, otelin mühafizəçiləri F.Ağayevi mərasimin keçirildiyi zaldan zorla çıxararaq maşınına qədər müşayiət ediblər. F.Ağayev isə qəzəbli şəkildə öz “Hammer”inə minərək oteli tərk edib.

Hadisənin təfərrüatlarını öyrənməyə çalışan əməkdaşımızın mühafizəçilərdən aldığı cavab isə belə olub ki, onlar içəridə nəyin baş verməsindən xəbərsizdirlər. Sadəcə onlara inzibatçı tərəfindən müğənnini buradan uzaqlaşdırmaq tapşırılıb. Onu da öyrənmək məlum olub ki, toy sahibi Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Rasim Bəşirovdur. Xatırladaq ki, Rasim Bəşirov Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun qardaşıdır. 

 F.Ağayevlə danışıb məsələyə aydınılıq gətirmək cəhdlərimiz nəticəsiz qalıb. Müğənni telefonu açsa da danışmadan söndürüb. Onun da mövqeyini dərc etməyə hazırıq.

“Qafqazinfo” xəbər verir ki, təxminən 1 saat əvvəl xalq artisti facebook statusunda Moskvada olduğunu bildirib.