“Faiq Ağayev məni qızı kimi çox istəyir”- - İlqarə

faiq-agayev-meni-qizi-kimi-cox-isteyir-
Oxunma sayı: 6257


“Qafqazinfo”nun məlumatına görə, “Onlar” verilişinə açıqlamasında  gənc ifaçı xarici stildə mahnılar ifa etmək və qalmaqaldan uzaq olmaq istədiyini bildirib:

“Mən istəyirəm bizim mahnılar xarici mahnılara bənzəsin və artıq ağlaşmadan çıxaq. Yeni “Bir az sevgi” mahnım xarici formadadır. Evdəki sənətkar tərəfindən tənqid yağışına tutuluram. Nəinki bir ana kimi, süper ulduz, gözəl müğənni kimi mənə maraqlı idi anam mahnıma  nə söyləyəcək. Onun da xoşuna gəldi. Miri Yusif mahnıma qulaq asmışdı, Elnur Məmmədov məni çox istəyir, xalq artisti Faiq Ağayev mənə dəstək olur və məni qızı kimi çox istəyir. İlk dəfə 5 yaşımda Heydər Əliyev sarayında çıxış etmişəm, 15 yaşımda Kreml sarayında oxumuşam. Şou-biznesdən, qalmaqaldan uzaq olmaq istəyirəm, məni özümdən başqa heç kim maraqlandırmır. Kim mənə artıq söz desə, nə mən, nə anam cavab verəcək, atılan söz elə havada qalacaq”.