Faiq Ağayevdən maraqlı konsert - Fotolar

Faiq Ağayevdən maraqlı konsert
Oxunma sayı: 2252

Xalq artisti Faiq Ağayev  Heydər Əliyev Sarayında növbəti konsert proqramı ilə çıxış edib.

Qafqazinfo” xəbər verir ki, ikigünlük solo konsert “Made in Azerbaijan” devizi altında baş tutub.

Xalq artisti şouya yeni təqdim etdiyi “Yalan deyil” mahnısıyla başlayıb.

Sarayda fərqli səhnə dekoru qurulub, xalq artistini üç vokalist, rəqqasələr və canlı ansambl müşayiət edib. F. Ağayev ilk ifasından sonra konsertdən iştirak edən bütün qonaqları, jurnalistləri salamlayıb.

O, səhnədə modelyer Fikrət Əliyev imzalı dörd geyimdən istifadə edib. Konsert zamanı sənətçinin monitorlarda klipləri göstərilib, daha sonra ATV kanalının Ağayevlə bağlı hazırladığı sujet təqdim edilib.

Hitlərini ifa edən ifaçı sonda Azərbaycan himnini səsləndirib.

Fotolar: Ramin Aslanov









Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi