“Faiq Ağayevin nə səsi, nə də sənəti var” - Qalmaqal

faiq-agayevin-ne-sesi-ne-de-seneti-var-qalmaqal
Oxunma sayı: 653


Xalq artisti Flora Kərimova “ATV maqazin” verilişinə müsahibəsində Faiq Ağayev haqqında qalmaqallı açıqlamalar verib. “Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, o, xalq artistini səsi olmamaqda günahlandırıb: “Faiqlə mənim aramda heç vaxt barışıq ola bilməz. O insanın nə səsi var, nə də sənəti. Vaxtilə ona çox dəstək oldum. Çoxları məni qınayır ki, sən vaxtilə Faiqə dəstək olmusan, indi pisləyirsən. Amma mən sütül Faiqə dəstək olmuşdum. O, özünü formalaşdıra bilmədi”.