Faiq Əmirlinin şahidləri məcburi gətiriləcək

faiq-emirlinin-sahidleri-mecburi-getirilecek
Oxunma sayı: 637

Bu gün Səbail rayon məhkəməsində "Azadlıq" qəzetinin həbsdə olan yayım direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Aytən Əliyevanın icraatında olan prosesdə şahidlərin məhkəməyə gəlmədiyi məlum olub.

Prosesdə ümumilikdə 55 şahiddən 28-i ifadə verib, qalanları isə məhkəməyə gəlməkdən imtina ediblər.

Buna görə də 27 şahidin polisin vasitəsilə məcburi gətirilməsi haqda qərar çıxarılıb.

Proses iyulun 3-də davam etdiriləcək.

Qeyd edək ki. F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin yönələn hərəkətlər etməkdə) və 168.1-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə ittiham edilir.

Murad Əhməd