Faiq Əmirliyə cəza istənildi

faiq-emirliye-ceza-istenildi
Oxunma sayı: 655

Bu gün Səbail rayon məhkəməsində "Azadlıq" qəzetinin həbsdə olan yayım direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Aytən Əliyevanın icraatında olan prosesdə məhkəmə istintaqı tamamlanıb.

Dövlət ittihamçısı çıxış edərək Faiq Əmirlinin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki. F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin yönələn hərəkətlər etməkdə) və 168.1-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə ittiham edilir.

Murad Əhməd