Faktiki hava haqqında açıqlama

faktiki-hava-haqqinda-aciqlama
Oxunma sayı: 1729

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabrın 21-i  gündüzdən 22-si səhərədək müşahidə olunmuş faktiki hava haqqında açıqlama yayıb.

Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 21-i günün ikinci yarısından 22-si səhərədək  hava şəraiti dəyişib, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv xarakterli olub. 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Böyük Qafqazda 1-19, Qazax-Gəncə zonadında 1-4, Mərkəzi Aran rayonlarında 1-3 mm olub.