Fan zona bulvarda quraşdırılır

fan-zona-bulvarda-qurasdirilir
Oxunma sayı: 641

“Qafqazinfo”-nun məlumatına görə, Fan Zonanın əsas məqsədi yalnız stadionlarda deyil, həmçinin şəhər mərkəzində də futbol ab-havasını əhaliyə hiss etdirməkdir. Əyləncəli hissənin milli dəstəkçiləri SOCAR, Bakcell, Xalq Bank və Paşa Sığortadır. Fan Zona Dövlət Kukla Teatrının arxa hissəsində 3000m2 sahədə quraşdırılacaq. Zonanın girişinin pulsuz olması ilə yanaşı, azarkeşlər çoxlu hədiyyələr qazana, həmçinin hər axşam təşkil olunacaq lotoreyaya qoşula və attraksionlarda əylənə bilərlər. Hər kəs bu ərazidəki stendlər vasitəsilə günün konsert proqramları barədə məlumat ala və oyuna billet əldə edə bilər.

Qeyd edək ki, Fan Zona 15 sentyabr tarixində açılacaq və 29 gün davam edəcək. Bu müddət ərzində yerli və xarici müğənnilərin iştirakı ilə konsert proqramları təşkil olunacaq.