Fanatıyla şəkil çəkdirmədi, döyüldü

fanatiyla-sekil-cekdirmedi-doyuldu
Oxunma sayı: 3487

Türkiyənin məşhur aktyoru Nejat İşler döyülüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb. 

Hadisə aktyor Bodrumdakı restoranların  birində dostları ilə əylənərkən baş verib. Belə ki, xanım pərəstişkarı ona yaxınlaşaraq şəkil çəkdirmək istəyib, lakin aktyor onun istəyini yerinə yetirməyib.

Fanatının sərxoş əri  bundan əsəbiləşərək N. İşlerə hücum edib, yumruq vuraraq dişini sındırıb.  Huşunu itirən aktyoru Bodrumdakı özəl xəstəxanalardan birinə aparıblar.