FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının açılışı oldu - Foto

fao-azerbaycan-terefdasliq-proqraminin-acilisi-oldu
Oxunma sayı: 1377

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının (FATP) açılış mərasimi keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, mərasimdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan ilə FAO arasında imzalanmış Tərəfdaşlıq Proqramı ölkəmizlə beynəlxalq təşkilat arasında əməkdaşlıq əlaqələrinin yeni bir mərhələyə qədəm qoymasına imkan verib. 

İnam Kərimov əlavə edib ki, 1995-2018-ci illərdə FAO ilə birlikdə 53-ə yaxın layihə həyata keçirilib, hal-hazırda 6 layihənin icrası davam etdirilir, 4 layihənin isə yaxın müddət ərzində icrasına başlanacağı gözlənilir. 

Tədbirdə FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru Vladimir Raxmanin, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak çıxış edərək FAO Azərbaycan Tərəfdaşlıq Proqramının önəmindən danışıblar. 

Daha sonra tədbirdə həyata keçiriləcək layihələrin təqdimatı olub.