Farslar Mişel Obamanı montaj etdilər - Foto

farslar-misel-obamani-montaj-etdiler-foto
Oxunma sayı: 643

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, amerikalı kinorejissor Ben Afflekin “Arqo” filmi “Ən yaxşı film” nominasiyası ilə mükafatlandırılıb. Oskar gecəsinə Ağ Evdən canlı bağlanan “First Lady” Mişel Obamanın dekoltəli və çiyinləri açıq olan paltarı “Fars” xəbər agentliyi tərəfindən “Fotoşop” proqramı ilə qapadılıb.

“Arqo” filmi ilə bağlı İranda müxtəlif fikirlər səsləndirilib. Belə ki, İran Dövlət Televiziyası filmi “CİA reklamı” kimi dəyərləndirib. İran mədəniyyət naziri Məhəmməd Hüseyni isə “Hollivud tarixi gizlədir. Bi film İrana qarşı başladılan müharibənin bir hissəsidir” deyə bildirib.