Fasilədə plov yedi, komandadan qovuldu

fasilede-plov-yedi-komandadan-qovuldu
Oxunma sayı: 3086

“Beşiktaş”ın futbolçusu Tolqay Arslan komandadan qovulub. “Qafqazinfo” xəbər verir ki, buna səbəb onun matçın fasiləsində soyunub-geyinmə otağında plov yeməsidir.

Belə ki, sürpriz şəkildə start heyətdə meydana çıxmayan futbolçu fasilədə plov sifariş edib və yeməyə başlayıb. Şenol Günəş isə futbolçunun bu davranışına biganə qalmayaraq səbəbini soruşub. Tolqay Arslan “onsuz da məni oynatmırsınız” deyə cavab verib.

Nəticədə  baş məşqçi onu heyətdən qovub.