Faşizm üzərində qələbənin 69 illiyi qeyd edilib- - Fotolar

fasizm-uzerinde-qelebenin-69-illiyi-qeyd-edilib-
Oxunma sayı: 1022



“Qafqazinfo” xəbər verir ki, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarı qarşısına yüzlərlə insan, eləcə də ikinci dünya müharibəsinin od-alovundan qəhrəmanlıqla keçmiş və sinəsini müxtəlif orden və medallar bəzəyən müharibə veteranları toplaşıb.

Onlar ölkəmizdə müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışaraq hər il onların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə birdəfəlik yardımın, eləcə də pulsuz mənzil və avtomaşınların verilməsini yüksək dəyərləndirərək bütün bunlara görə dövlət başçısı İlham Əliyevə minnətdarlıq edirdilər.

Bayram tədbiri Böyük Vətən müharibəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Sonra “Şahin” hərbi idman oyunlarında iştirak edən məktəblilərin paradı olmuşdur. Paraddan sonra Xan bağında şəhər uşaq yaradıcılıq mərkəzi üzvlərinin qəhrəmanlıq və vətənpərvərlik mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.