“Fast food”ların loqosu niyə qırmızı rəngdədir?

fast-foodlarin-loqosu-niye-qirmizi-rengdedir
Oxunma sayı: 2251

Burger King, McDonald’s, Arby’s, KFC, Pizza Hut… Dünyanın məşhur "fast food"larının loqosunun niyə qırmızı rəngdə olması haqda düşünmüsünüz? 

"Qafqazinfo" xəbər verir ki, bir çox şirkət müştərisi ilə əlaqə qura bilmək üçün ən başlıcası rənglərdən istifadə edir. Normal insan təxminən 10 milyon rəngi görmək qabiliyyətinə malikdir. Ancaq qırmızı bu rənglərin arasında özəldir. Ulu babalarımızın ad qoyacaq qədər əhəmiyyət verdikləri rəng məhz qırmızıdır.

Yazı və əlifbadan öncə insan dili "rəngsiz" idi. "Qara", "ağ", "qırmızı" sözlərindən çox sonra "mavi" meydana gəlib. Ancaq bu rənglər və sözlər içində qırmızı insanda daha çox "təcililik" hissi oyadır. Bundan başqa, iştah açıcı xüsusiyyətə malikdir. Bu isə "fast food" şirkətlərinin işinə daha çox yarayır. 

Orta əsrlərdə qırmızı kral ailə üzvlərinin status simvolu olaraq geyindiyi başlıca geyim rəngi olub. Bu gün Hindistanda belə gəlinlər adətən qırmızı libaslarda ailə qururlar. Beş duyğu hissimiz olmasına baxmayaraq, beynimiz gözümüzlə ötürdüyümüz məlumatın 80%-ni qəbul edə bilir. 

"WebPageFX" şirkəti idxalçıların bir məhsulu digəri ilə müqayisədə daha çox sevməsinin başlıca səbəbi kimi rəng seçimi olduğunu deyir. Markalar da bu səbəbdən ilk baxışdan diqqəti cəlb edən qırmızıya üstünlük verirlər.