Fateh Terim polislərlə dalaşdı

fateh-terim-polislerle-dalasdi
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, Çempionlar liqasında “Manchester United”lə qarşılaşmalı olan “Qalatasaray” 279 nəfərlik heyətlə İngiltərəyə yollanıb.

Hava Limanında saatlarla gözlədikləri üçün əsəbi olan Terim polislərlə dalaşıb. “Qalatasaray”ı qarşılamağa gələn azarkeşlərə qarşı sərt davranan polislərlə baş məşqçi arasında münaqişə yaşanıb. Belə ki, azarkeşlərin məşəl yandırdığını görən ingilis polislər onları, eləcə də jurnalistləri nəzarətə almağa çalışıb. Bunu görən Terim hadisəyə müdaxilə edib və onların günahı olmadığını bildirib. Lakin onun müdaxiləsi heç bir nəticə verməyib və iki türk azarkeş nəzarətə alınıb.