Fatih Terim 3,5 milyon avro təzminat alacaq

fatih-terim-35-milyon-avro-tezminat-alacaq
Oxunma sayı: 652

Bu gün istefa verən Türkiyə millisinin baş məşqçisi Fatih Terimin Türkiyə Futbol Federasiyasından (TFF) alacağı təzminatın miqdarı açıqlanıb.
 

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, F. Terim federasiyadan qalan 1 illik müqaviləyə görə 3,5 milyon avro alacaq.

Qeyd edək ki, Fatih Terimin yerinə “Beşiktaş”ın texniki direktoru Şenol Güneşin gətiriləcəyi bildirilir.