Fatih Terim 4-cü dəfə “Qalatasaray”da

Fatih Terim 4-cü dəfə “Qalatasaray”da
Oxunma sayı: 2026

Xəbər verdiyimiz kimi, “Qalatasaray” klubu ardıcıl uğursuz nəticələrdən sonra baş məşqçi İqor Tudorla yollarını ayırmış və 13 yanvarda klub prezidentliyi üçün erkən seçki qərarı almışdı.

“Qafqazinfo” xəbər verir ki, azarkeşlərin və klub idarə heyətinin bir çox üzvü Fatih Terimin yenidən baş məşqçi gətirilməsini tələb edirdi.

Bir neçə gündür bu tələbin əksinə hərəkət edən klub rəhbərliyi təzyiqlərə tab gətirə bilməyib və geri addım atıb. Belə ki, “sarı-qırmızılılar” 64 yaşlı mütəxəssislə razılıq əldə edib. Məlumat klubun rəsmi səhifəsindən elan edilib.

Rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir.

Fatih Terim Tvitterdəki hesabında isə bu bu paylaşımla diqqət çəkib:

Qeyd edək ki, təcrübəli mütəxəssis daha öncə 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə “Cimbom”u çalışdırmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi