Fatih Terim: “Qalatasaray” başından yüksəyə tullanmalıdır

fatih-terim-qalatasaray-basindan-yukseye-tullanmalidir
Oxunma sayı: 641



İstanbul təmsilçisi Madridə iddialı gəlib. Fatih Terimin yetirmələri artıq qarşılaşmanın baş tutacağı “Santyaqo Bernabeu” stadionunun ot örtüyünü yoxlamadan keçirib. “Qalatasaray” klubunun çalışdırıcısı İspaniya paytaxtına hörmət qazanmaq üçün gəldiyini deyir: “Nəticədən asılı olmayaraq bizi möhtəşəm oyun gözləyir. Çalışacağıq özümüzü yaxşı tərəfdən göstərək. Mən komandama və oyunçularıma inanıram. “Real”a qarşı baxımlı və sürətli oyun göstərmək istəyirik. Bu oyunda məğlubiyyət bizi təəccübləndirməyəcək. Əgər qalib gəlsək, demək belə də olmalı imiş”.

İstanbul təmsilçisinin heyətinə gəlincə, məşqçi Engin Baytarla Aydın Yılmazı İspaniyaya gətirməyib. Əvəzində zədəsini sağaltmış isveçli hücumçu Yohan Elmander komandasına yardımçı ola bilər.

Qeyd edək ki, “Qalatasaray” 24 il əvvəl yarımfinala yüksəlib. “Real” isə uğurlu çıxış müqabilində 24-cü dəfə Çempionlar Kubokunun ən güclü dörd komandası arasına adını yazdıracaq. Joze Mourinyo ilk olaraq “Real”la 1/4 final mərhələsini keçmək istəyir.

Belə ki, portuqaliyalı çalışdırıcı Madrid təmsilçisi ilə məhz bu mərhələdə büdrəyib. “Mənim üçün vacib olanı bizim qol vurub, qələbə qazanmağımızdır. Mən qalib gəlmək istəyirəm. Uesli Sneyder və Didye Droqba əvvəllər mənim əsas oyunçularım olub. “Qalatasaray”ı səviyyəli oyunlar keçirmiş təcrübəli məşqçi çalışdırır. Onun komandasında dünyanın ən yaxşı komandalarında çıxış etmiş futbolçular var”.