Fatih Terim uşaq kimi aldandı

fatih-terim-usaq-kimi-aldandi
Oxunma sayı: 645

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 21 yaşlı yarımmüdafiəçi gələn mövsümdən etibarən 4 il Münhen təmsilçisinin şərəfini qoruyacaq.
Bu transfer Türkiyə futbol ictimaiyyətində “Qalatasaray”la bağlı xoşagəlməz iddiaların yaranmasına səbəb olub. Belə ki, alban futbolçunu heyətinə qatmaq üçün 13 milyon avroluq təkliflərinin qəbul edilmədiyi və daha yüksək məbləğli yeni təklif irəli sürdüklərini bildirən “cim-bom” rəhbərliyi daha sonra bu təklifin də qəbul edilmədiyini bildirərək transferin baş tutmadığını açıqlamışdı. Lakin “Bavariya”nın Şaqirini 9+3 milyon avro müqabilində transfer etməsi “Qalatasaray” rəhbərliyinin əslində bu transfer üçün “Bazel”lə danışıq aparmaması haqda yayılan şayiələrə təkan verib. Klub prezidenti Ünal Aysalın futbolçunu almaq istəmədiyi və Şaqirini sərəncamında görmək istəyən baş məşqçi Fatih Terimi aldatdığı iddia edilir. Klu tərəfindən bu haqda heç bir açıqlama verilməyib.

Ceyhun Əhmədov