Fatimə daha bir tanınmışı məhkəməyə verir - Xatunla yazışmasına görə+Foto

fatime-daha-bir-taninmisi-mehkemeye-verir
Oxunma sayı: 3923

Rəqqasə Fatimə Fətəliyeva bu dəfə şairə Nazilə Səfərlini məhkəməyə verəcək.

"Qafqazinfo"nun məlumatına görə, buna səbəb Nazilə Səfərli ilə müğənni Xatun Əliyevanın yazışmalarının üzə çıxmasıdır.

Belə ki, "silikonlu oğlan paylaşımı"ndan sonra Xatunu məhkəməyə verəcəyini bildirən Fatimə müğənni ilə şairənin şərhlərini paylaşaraq yazıb:

"Qanun qarşısında cavab verəcəksiniz. Mənə şər-böhtan atmısınız. İndi kim-kimdən üzr istəməlidir? Şərh yazıb sonra silmək nə dərəcədə düzgündür? Mən sizi Xatunla olan söhbətimə qatmamışam, Nazilə xanım. Siz özünüz özünüzü bu söhbətə qatmısınız".

Xatırladaq ki, Fatiməni onu Xatunla olan söhbətinə qatmaqda ittiham edən Nazilə "İlk reklam çarxımı sənin salonunda etdim ki, qabağa gedəsən. Bütün xidmətlərə görə məndən qəpiyinəcən almısan. Salonundakı naşı ustalardan biri bahalı saç qaynağımı məhv etdi" deyib. 

Fatimə isə salonunu anti-reklam etdikləri üçün həm Naziləni, həm də Xatunu məhkəməyə verəcəyini bildirib. 

Qeyd edək ki, Xatun "silikonlu oğlan" paylaşımının Fatiməyə aid olmadığını iddia etsə də, N.Səfərli ilə yazışmasında bunu "şou aləminə rəng qatmaq üçün" etdiyini boynuna alıb.