Fatimə də görünüşünü dəyişdi - Foto

fatime-de-gorunusunu-deyisdi
Oxunma sayı: 4207

Rəqqasə Fatimə Fətəliyeva xarici görünüşündə dəyişiklik edib. 

“Qafqazinfo”nun məlumatına görə, rəqqasənin imici üzərində stilist Pərviz Mirzəyev çalışıb.

Yeni görünüşdəki fotosunu İnstaqram hesabında paylaşan Fatiməni izləyicilərindən bəyənənlər olmaqla yanaşı bəyənməyənlər də olub. Onlar rəqqasəyə göz rənginin yaraşmadığını bildiriblər.

Qeyd edək ki, son günlər Azərbaycan şou-biznesinin qadın nümayəndələri - Nigar Camal, Səidə Sultan, Natavan, Xatirə imiclərində dəyişiklik ediblər.