Fatimə hərbi hissədə

fatime-herbi-hissede
Oxunma sayı: 975


“Artıq bir neçə ildir ki, daxili qoşunların rəqs ansamblının solistiyəm. Hər zaman Azərbaycanın bölgələrində Daxili qoşunların “N” saylı hərbi hissələrində təşkil olunan konsertlərində sevə-sevə iştirak edirəm. Məhz həmin konsertlərdən biri də “Qurtuluş günü” münasibətilə təşkil olundu. Konsertdə həmkarım Etibar Məmmədovla birgə gözə rəqs nümunələrini təqdim etdik. Çıxışımız alqışlarla qarşılandı. Əsgərlər qarşısında konsert vermək mənim üçün qürurlu bir işdir. Hələ bu konsertdən savayı Azərbaycanın digər bölgələrində də çıxış edəcəm. Bölgələri qarış-qarış gəzib, əsgərlərimizə konsert verəcəyik. Sonda onu da əlavə etmək istəyirəm ki, hər zaman bir rəqqasə və adi bir vətəndaş kimi vətənim Azərbaycan üçün əlimdən gələni etməyə hazıram”.

Xatırladaq ki, “Qurtuluş günü”nə həsr olunmuş konsertdə əməkdar artist Səlim Abbasov, müğənni Aslan Hüseynov və digər tanınmış müğənniləri çıxış edib.