Fatimə konsert verdi - - Fotolar

fatime-konsert-verdi-
Oxunma sayı: 3330


“Qafqazinfo”nun məlumatına görə, rəqqasə Azərbaycanda ilk dəfə olaraq tələbələri ilə“Uşaq Filarmoniyası”nda solo konsert verib. Konserti açan rəqqasə tələbələrinə uğurlar arzulayıb: “Nəhayət, xeyli zamandır  ciddi hazırlaşdığımız hesabat konsertimiz baş tutur. Çox həyəcanlı və sevincliyəm. Buraya gələn hər kəsə təşəkkür edirəm.  Hazırda 240 tələbəm var, bu gün burada rəqslərin öhdəsindən gələn tələbələrim çıxış edir.  Sizə gələcəyin “Göyçək” Fatiməsini də təqdim edəcəm. Mən olmayanda, o məni əvəz edəcək. Sizdən xahiş edirəm, əgər tələbələrim səhvə yol versələr, bunu görməzliyə vurun. Çünki onlar yeni addım atırlar, dəstəyə ehtiyacları var. Bu konsert tələbələrimlə birgə səhnə aldığım ilk solo konsert olduğuna görə, “Uşaq Filarmoniyasında” keçirməyi düşündük. İnşallah növbəti konsertimiz isə oktyabr-noyabr aylarında daha böyük konsert zalında olacaq”.

Konsertdə müğənnilər Roza Zərgərli, Aysel Əlizadə,  Tural Əzimov, reper “Qurd” və başqaları iştirak edib. Reper “Qurd”la səhnətə Fətəliyevanın oğlu da çıxaraq rəqs edib və alqışlarla qarşılanıb.