Fatimə konsertindən danışdı

fatime-konsertinden-danisdi
Oxunma sayı: 942


“Qafqazinfo”nun məlumatına görə, rəqqasə 240 tələbəsi ilə verəcəyi konsertin hazırlıqlarını yekunlaşdırıb: 

“Bir müddət öncə bildirdiyim kimi mayın 29-da tələbələrimlə birgə konsert verəcəm. Artıq demək olar ki, konsertə tam hazırıq. Konsert qabağı bütün hazırlıqlarımızı başa vurmuşuq. Həmin gecədə tamaşaçıları bir çox sürprizlər gözləyir. Öncədən bütün məlumatları açıqlamaq istəmirəm. Bu mənim beş aylıq pedaqoji fəaliyyətim ərzində verəcəyim hesabat konsertidir. Allahın köməyi ilə hər şeyin yaxşı yekunlaşacağına inanıram”. 

Qeyd edək ki, F.Fətəliyevanın növbəti konserti oktyabr, noyabr aylarında paytaxtın iri konsert salonlarının birində keçiriləcək.