Fatimə rəqs etdi, heç kəs bəyənmədi - Video

fatime-reqs-etdi-hec-kes-beyenmedi
Oxunma sayı: 3867

Bu dəfə rəqqasə Fatimə Fətəliyeva instaqramda tənqidlərə məruz qalıb. “Qafqazinfo” xəbər verir ki, o, ötən gün sosial şəbəkədə rəqs edərkən videosunu paylaşıb. 

Kadrlardan görünür ki, Fatimə xına mərasimində gəlinin rəfiqələri ilə hind mahnısına rəqs edib. 

Rəqqasənin bu “şou”su instaqram istifadəçilərinin diqqətindən yayınmayıb. Bir çox səhifələr Fatimənin vieosunu paylaşaraq onun rəqsini tənqid edib. 

Elə yazılan rəylərdən də görünür ki, rəqqasənin rəqsi izləyicilərin ürəyincə olmayıb. 

Şərhlərdə daha çox Fatimənin kilolu olduğu, bu bədən ölçüsünün rəqqasəliyə yad olması kimi fikirlərə rast gəlmək olar.