Fatimə tələbələri ilə konsert verəcək

fatime-telebeleri-ile-konsert-verecek
Oxunma sayı: 1704


“Nəhayət, xeyli zamandır düşündüyüm bir işi reallaşdırmaq üzrəyəm. Beş ay öncə pedaqoq fəaliyyətinə başlamışam. Hazırda 240 tələbəm var. Mayın 29-da həmin tələblərimlə birgə konsert verəcəm. Bundan başqa həmin gecədə “Fatimə” rəqs ansamblının da çıxışı olacaq. Bu konsert tələbələrimlə birgə səhnə aldığım ilk solo konsert olduğuna görə, “Uşaq Filarmoniyasında” keçirməyi düşündük. İnşallah növbəti konsertimiz isə Oktyabr, Noyabr aylarında daha böyük konsert zalında olacaq. Tələbələrimlə birgə məni  müxtəlif ölkələrdə keçirilən festivallara dəvət edirlər. Hələliksə mayın 29-da planlaşdırdığımız konsertin hazırlıqları gedir. Tələbələrimdən çox razıyam. İstedadlıdırlar. İnanıram ki, gələcəkdə onların arasında gözəl rəqqasələr yetişəcək”-, deyə Fətəliyeva bildirib.