Fatimədən 15 minlik klip - Fotolar

fatimeden-15-minlik-klip
Oxunma sayı: 1909

Ötən gün rəqqasə Fatimə Fətəliyeva “Cümhuriyyət suitası” adlı layihəsinio təqdim edib.  “Qafqazinfo” xəbər verir ki, o, KİV nümayəndələrinin qarşısına çıxaraq yeni klipini təqdim edib. 

Ekran işinin rejissoru Nail Naiboğlu, bəstənin müəllifi Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlidir. 

“Bu işimi Azərbaycanın Cümhuriyyətinin 100 illiyinə həsr etmişəm. Klipdə əziyyət çəkənlərin hər birinə təşəkkür edirəm. Qobustanda, daşların üzərində oynamaq əziyyətli bir işdir. Həmin gün ayaqlarım yara içərisində idi. Çəkiliş vaxtı rejissorumuz məni incitdi, dalaşdıq, gecələr gündüzə qarışdı”- deyə Fatimə qeyd edib. 

Bundan əlavə, rejissor N. Naiboğlu layihənin büdcəsinin 15 min manat olduğunu açıqlayıb. Klipin premyerasında xalq artisti Mənsum İbrahimov,əməkdar artisti Rəşad İlyasov, Xatirə İslam, Sevda Yahyayeva kimi məşhurlar da iştirak edib.  

Təqdimat mərasiminin aparıcısı Lamiyə Ələkbərova olub.