Fatimədən sürpriz olacaq

fatimeden-surpriz-olacaq
Oxunma sayı: 1401


“Qafqazinfo”nun məlumatına görə, hazırda Türkiyədə olan rəqqasə bildirib ki, doğum günündə bir çox sürprizlər olacaq: “Aprelin 3-ü həm doğum günümü, həm də yeni layihəmi təqdim etməyə hazırlaşıram. Həmin gün isə layihədə yer alacaq dostlarımla yanaşı şou-biznesin bir çox tanınmış simaları gecəyə qatılacaq. Dəvət olunan qonaqların hər biri mənə yaxın insanlardır. Bir sözlə yad adamlar olmayacaq. Qonaqlar iki hissəli bir gün yaşayacağıq. Birinci hissədə, saat 19:00-da klip təqdimatı, ondan dərhal sonra, ikinci hissədə ad günüm ziyafəti başlayacaq. Həmin günə bir çox sürprizlərim var. Bunların nədən ibarət olduğunu öncədən demək istəmirəm. Bircə onu deyə bilərəm ki, ad günümdə geyinəcəyim libasları da Türkiyədən olacaq. Eyni zamanda Türkiyədə yaradıcılıq işlərimlə bağlı danışıqlar aparıram”.