Fatimənin gözəllik salonu qarət olundu

fatimenin-gozellik-salonu-qaret-olundu
Oxunma sayı: 3033

Rəqqasə Fatimə Fətəliyevanın başına iş gəlib.  “Qafqazinfo” xəbər verir ki, tanınmış xanımın Ziya Bünyadov 36 A ünvanında yerləşən gözəllik salonu qarət olunub.  

Bu barədə rəqqasənin özü instaqramda məlumat verib.  Fatimə təhlükəsizlik kameralarında əks olunan görüntüləri paylaşaraq ona böyük bir ziyan dəydiyini bildirib:“Gecə saatlarında qarət olunub. Görüntülərdə gördüyünüz şəxs salonuma daxil olaraq, mənə böyk ziyan vurub. 

Ən əsası iş üçün istifadə etdiyimiz iPad-i oğurlayıb. Orada mənim işlə bağlı bütün materiallarım var idi. Hörmətli dövlət orqanları, sizdən xahiş edirəm, təcili sürətdə bu gördüyünüz oğrunu tapın”.